Misirdə naməlum şəxslər 5 polis əməkdaşını qətlə yetirib

15-07-2017, 08:46           
Misirdə naməlum şəxslər 5 polis əməkdaşını qətlə yetirib
Misirdə naməlum şəxslər motosikllə Hizə şəhərinə gələrək polis əməkdaşlarına atəş açıblar.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" Misirin Daxili İşlər Nazirliyinə istinadən xəbər verib.
Məlumatda bildirilir ki, hadisə piramidaların yaxınlığında qeydə alınıb. Polis əməkdaşlarının olduğu avtomobil pulemyotdan atəşə tutulub. Cinayətkarlar silahı, radioəlaqə üçün vasitəni oğurlayaraq cəsədləri yandırmağa cəhd göstəriblər. Lakin insanları gördükdə hadisə yerindən uzaqlaşıblar.
Yerli "CBC Extra" telekanalı cinayətkarların polis formasında olduqlarını əks etdirən videoçarxı nümayiş etdirib. Onlar atəş açmazdan əvvəl avtomobili saxlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru