Moskva-İrəvan birləşmiş ordusu bura tabe olacaq

15-07-2017, 10:54           
Moskva-İrəvan birləşmiş ordusu bura tabe olacaq
Rusiya və Ermənistan Birləşmiş Qruplaşması sülh zamanı Ermənistan Baş Qərargahına, müharibə zamanı isə Cənub Hərbi Dairəsinə tabe olacaq.

Bunu Rusiya Dumasında çıxışı zamanı Rusiya Müdafiə nazirinin müavini Nikolay Pankov söyləyib.

“Müqaviləyə əsasən, qoşunların idarəsi üçün birləşmiş komandanlıq yaradılır. Buraya Ermənistanın Ali Baş Komandanı Rusiyanın Ali Baş Komandanının icazəsi ilə rəhbər təyin edir və onu vəzifədən azad edir”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya Duması bu gün Ermənistanla Rusiya arasında birləşmiş qoşunların yaradılması haqqında müqaviləni ratifikasiya edib.Axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru