Putin Rusiyada benzinin qiymətinin artması səbəblərini şərh etdi

15-07-2017, 13:50           
Putin Rusiyada benzinin qiymətinin artması səbəblərini şərh etdi
Rusiya prezidenti Vladimir Putin ölkədə benzinin qiymətinin artmasını şərh edib. Trend-in məlumatına görə, o, bunun müxtəlif faktorla əlaqəli olduğunu deyib.

Rusiya prezidentinin sözlərinə görə, benzinin qiymət artımı ilk növbədə bu xarici yanacaq bazarının konyukturası ilə bağlıdır.

V.Putin deyib: "Əgər bizdə azad bazardırsa, biz qiymətləri qonşu ölkələrdəki qiymətlərdən fərqli saxlaya bilmərik, əks təqdirdə "dəmir qapılar" duzəltməyə məcburuq".

Onun sözlərinə görə, Rusiyada benzinin qiyməti qonşu ölklərdə az olduğundan yanacağın sərhəddən çıxarılması halları baş verəcək: "Əgər istəmiriksə benzinimizi ölkədən ucuz olduğu üçün çıxarsınlar, ölkənin daxilində qiymətə nəzarət etməliyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru