Ekspert: Malaziya təyyarəsi İsrail raketi ilə vurulub - FOTO
16-07-2015, 23:38
FaktXəbər-in verdiyi məlumata görə, Boeing 777 MH-17 təyyarəsinin qəzasını araşdıran ekspertlərdən biri Albert Leks Livjournal-dakı bloqunda ehtimal olunan səbəblər barədə hesabat dərc edib.
Müəllifin sözlərinə görə, sənəd müxtəlif vaxtlarda aviaqəzaları araşdıran ayrı-ayrı aivasiya mütəxəssislərindən təşkil olunmuş qrup tərəfindən hazırlanıb. Ekspertlər raketin ehtimal olunan partlama nöqtəsini, zədələnən elementlərin sayı və kütləsini öyrənib, foto və videomateriallar əsasında hesabatı hazırlayıblar.
İstintaq zamanı, təyyarənin zədələnmiş fraqmentlərində döyüş fəaliyyətlərinə xarakterik olan əlamətlər müşahidə olunub.
Ekspert: Malaziya təyyarəsi İsrail raketi ilə vurulub - FOTO
Onlar belə nəticəyə gəliblər ki təyyarənin düşməsinə səbəb, qəlpə-mina tipli raketin partlaması olub. Mütəxəssislər iddia edirlər ki, müəyyən olunmamış partlayıcı vasitənin xüsusiyyətinə ən yaxın olan raket İsrailin «Hava-hava» tipli «Piton»udur.