Rusiyada "şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər VİDEO

27-06-2025, 15:27           
Rusiyada "şaman"ın diri-diri məzara basdırmaq istədiyi insanlar xilas edildilər  VİDEO
Rusiyanın Leninqrad vilayətində diri-diri basdırılma mərasiminin keçirildiyi məzardan iki nəfər çıxarılıb.

Bu barədə "SHOT" "Telegram" kanalı xəbər verib.

Məlumata görə, şaman bu mərasimi arzu edən 15 nəfərin hərəsindən 10 min rubla (təxminən 217 manat) yaxın pul alaraq, ödəniş edənləri dəfn etməyə hazırlaşırmış.

Hadisə Priozyorski rayonundakı Suxodolskoye gölü sahilində baş verib. Ərazidə mərasim üçün hər şey hazır olub - qəbirlər, od və digər mistik əşyalar. Xoşbəxtlikdən vaxtında hadisə yerinə gələn polislər heç kimin sona qədər dəfn olunmasına imkan verməyərək mərasimi yarıda kəsiblər.

Təşkilatçılar - Timur adlı "şaman" və onun köməkçisi Yekaterina saxlanılaraq polis bölməsinə aparılıblar












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru