Yaponiyaya hərbi əməliyyatlarda iştirak izni verildi
16-07-2015, 23:43
Yaponiya Parlamentinin aşağı palatası ölkə ordusunun xarici dost dövlətləri qorumaq üçün hərbi əməliyyatlarda iştirakına izn verib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.
Qeyd edək ki, hazırda Şərqdə vəziyyət getdikcə gərginləşir. Çinin Spratli arxipelaqını ilhaq etməsi Hind-Çin yarımadası ölkələrinin narazılığına səbəb olub. Pekinin Yaponiya sahillərinə yaxın ərazilərdə güclənməsi, üstəlik Şimali Koreyadan yeni təhdidlərin gəlməsi Tokionun öz təhlükəsizliyi ilə bağlı yeni tədbirlər görməsinə səbəb olub.