Mettis: “ABŞ və onun müttəfiqlərinə qarşı istənilən hücuma hərbi cavab veriləcək”

4-09-2017, 08:47           
Mettis: “ABŞ və onun müttəfiqlərinə qarşı istənilən hücuma hərbi cavab veriləcək”
KXDR tərəfindən ABŞ və onun müttəfiqlərinə qarşı istənilən hücuma irimiqyaslı hərbi cavab veriləcək.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun rəhbəri Ceyms Mettis bəyan edib.

“Hərbi variantlarımız çoxdur və prezident onların hər biri ilə artıq tanış olub. Özümüzü və müttəfiqlərimiz olan Cənubi Koreya və Yaponiyanı istənilən hücumdan qorumağa qadirik. Müttəfiqlərimiz qarşısında öhdəliyimiz sarsılmazdır”, deyə C.Mettis qeyd edib.

Qeyd edək ki, ötən gün Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru