Kosmosa səyahət edən ən yaşlı qadın qayıdıb

4-09-2017, 09:36           

Amerikalı qadın astronavt Peqqi Uitson kosmos stansiyasındakı vəzifəsini 288 gün sonra tamamlayaraq Yer kürəsinə qayıdıb.

teref.az AZƏRTAC-a istinadən bildirir ki, 57 yaşlı astronavt iki həmkarı ilə birgə "Soyuz" kosmik gəmisi vasitəsilə Qazaxıstanda eniş edib.

P.Uitson missiyasını yerinə yetirərkən, ümumilikdə, 665 gün kosmosda qalıb. Bununla da o, "kosmosda ən uzun müddət qalan amerikalı" və "kosmosda ən uzun müddət qalan qadın" olub.

Kosmosda ən uzun müddət qalma rekordu isə rusiyalı kosmonavt Gennadi Padalkaya məxsusdur - 879 gün.

Uitson ilə birlikdə amerikalı astronavt Cek Fişer və rusiyalı kosmonavt Fyodor Yurçixin də kosmik səyahəti başa vuraraq geri qayıdıblar. Yurçixinin beş ayrı səyahətdə, ümumilikdə, 673 gün kosmosda qaldığı bildirilir.

"Kosmosa səyahət edən ən yaşlı qadın" olan 57 yaşlı Uitson, eyni zamanda, "kosmosa ən çox səyahət edən qadın"dır












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru