ABŞ-da avtomobil piyadalara çırpılıb: xəsarət alanlar var

5-09-2017, 08:29           
ABŞ-da avtomobil piyadalara çırpılıb: xəsarət alanlar var
ABŞ-ın Filadelfiya şəhərində avtomobibl piyadaları vurub.
"Report"un məlumatına görə, bu barədə "NBC Philadelphia" xəbər verib.
Xəbərdə bildirilir ki, hadisə Əmək gününə həsr olunmuş şənliyin keçirildiyi ərazidə baş verib. Qəza zamanı 8 nəfər xəsarət alıb.
Xəsarət alanlar arasında bir neçə yaşlı insan və hamilə qadın da var.
Şahidlər bildiriblər ki, sürücü təhlükə haqqında siqnal verməyib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Polisdən bildirilib ki, avtomobili qadın sürücü idarə edib. O, sərxoş vəziyyətdə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru