Yer kürəsinə həyat kosmosdan ötürülüb - ŞOK İDDİA

24-11-2017, 09:56           

Şotlandiyanın Edinburq Universitetindən olan bir qrup alim Yer üzərində mövcud olan həyatın kosmosda sürətlə hərəkət edən toz axınları və canlı mikroorqanizmlər vasitəsilə ötürüldüyünü iddia edir.
Publika.az xəbər verir ki, elm adamları saniyədə 70 kilometr sürətlə hərəkət edən miroorqanizmlərin Yer kürəsinə canlı həyat gətirdiyini sübut etmək məqsədilə atmosferdə davamlı olaraq planetimizi hədələyən meteoritləri nümunə gətiriblər.
Onların fikrincə, bombalayıcı xarakterə malik tozcuqlar Yer kürəsindən 150 kilometr və daha uzaqda yerləşən hissəcikləri sürətlə planetin atmosferinə göndərib. Tədqiqatçılar illərdir NASA-nın müşahidə etdiyi proseslərin, əslində planetlərə canlı orqanizmin ötürülməsi olduğu qənaətindədir.
Bəzi canlı orqanizmlərin, xüsusilə də bakteriya, bitki və mikroskopik varlıqların kosmosda mövcud olduğunu nəzəra alan alimlərin fərziyələrində həqiqət payının olması ehtimal edilir. Tədqiqatçıların iddialarına NASA heç bir münasibət bildirməyib.
Bu iddialara qədər alimlər, bir planetdən digər planetə canlı həyatın ötürülməsinin yalnız asteroidlər vasitəsilə mümkün olduğuna inanırdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru