Gürcüstan polisi Kobuleti şəhərində xüsusi əməliyyat keçirdi

26-11-2017, 00:17           

Gürcüstanın güc strukturları Kobuleti şəhərində Aqmaşenebeli prospektindəki evlərin birində xüsusi əməliyyat keçiriblər.

teref.az “Report”a istinadən xəbər verir ki, əməliyyat nəticəsində evlərin birindən çoxlu sayda silah-sursat, partlayıcı maddə və vasitələr ələ keçirilib.

Əməliyyat zamanı habelə bir nəfər saxlanılıb. Saxlanılan şəxsin kimliyi və silah-sursatın həmin evdə hansı məqsədlərlə saxlanıldığı barədə məlumat verilmir. Bildirilir ki, o, həmin evdə kirayənişin yaşayırmış.

Faktla bağlı Gürcüstanın Daxili İşlər Nazirliyində cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru