Bitkoinin dəyəri 8,7 min dollara çatıb 26-11-2017, 09:19 Noyabrın 25-də Bitkoinin məzənnəsi növbəti tarixi maksimuma çatıb.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu haqda Coindesk elektron birjasının nəticələri bildirir.Kriptovalyutanın dəyəri hərraclar zamanı 8,7 min dollara qədər qalxıb.Qeyd edək ki, bitkoin ən aşağı həddə - 5,857 min dollara noyabrın 12-də çatıb. Facebook-da paylaş