Moskvaya daimi yaşamaq üçün gələnlərin sayı azalıb

26-11-2017, 09:29           
Moskvaya daimi yaşamaq üçün gələnlərin sayı azalıb
Hər il Rusiyadan xarici ölkələrə daimi yaşamaq üçün 200 minədək insan gedir, Moskvaya bu məqsədlə gələnlərin sayı isə 10 minədək azalıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin deyib.
"Bilirsiniz Rusiyadan xarici ölkələrə daimi yaşamaq üçün neçə insan gedir? - İki yüz min nəfər. Bəs Moskvaya neçə nəfər həmin məqsəd üçün gəlir? Son zamanlar bu rəqəm 10 minədək azalıb. Problem onda deyil ki, onlar Moskvaya gəlir, əksinə, ondadır ki, onlar buradan xaricə gedir", - deyə Moskva meri bildirib.
"Moskva bu axının bir hissəsini saxlamağa çalışan bir növ forpostdur. Bu məsələdə biz Rusiyanın müdafiəçiləriyik", - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru