ABŞ təyyarəsi Filippin dənizinə düşüb, ölənlər var

26-11-2017, 09:31           
ABŞ təyyarəsi Filippin dənizinə düşüb, ölənlər var
Göyərtəsində ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin 11 hərbçisinin olduğu təyyarə Filippin dənizinə düşüb.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" xəbər verib.
Xəbərdə bildirilir ki, "C-2A "Greyhound" nəqliyyat təyyarəsi qəza zamanı "Ronald Reyqan" adına təyyarə daşıyan gəmi istiqamətində uçurmuş. Hadisə zamanı heyət üzvündən 8-i xilas edilib. Daha 3 dənizçi həlak olub.
ABŞ-ın Hərbi Dəniz Qüvvələrində hadisənin səbəbləri araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.