NBC: Xüsusi prokuror Trampı dindirilməyə çağıracaq

9-01-2018, 07:01           
NBC: Xüsusi prokuror Trampı dindirilməyə çağıracaq
ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller dövlət başçısını dindirilməyə çağırmağa hazırlaşır.



APA-nın məlumatına görə, bu barədə NBC xəbər verib.



Hazırda ABŞ prezidenti ilə xüsusi prokuror arasında keçiriləcək görüşün məkanı müəyyənləşdirilir.



ABŞ prezidentinin administrasiyasında məlumatı şərh etməsələr də, məsələ ilə bağlı xüsusi prokurorla əməkdaşlıq etdiklərini qeyd ediblər.



Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru