Dünyanı məhv edəcək partlayış – 150 il başqa planetdə..

9-01-2018, 08:17           

İnsan səhvi və ya təbii fəlakət nəticəsində planetimizin bütün nüvə elektrik stansiyalarının eyni zamanda partlayışı növbəti 156 il ərzində torpaq və atmosferin Sezium-137 maddəsi ilə çirklənməsinə səbəb olacaq ki, bu da planetimizin sakinlərinin “başqa ev” axtarmasına gətirib çıxaracaq.

Axar.az xəbər verir ki, bu barədə “Journal of Physics Special Topics”də alimlərin tədqiqatları dərc olunub.

“Çernobl” atom elektrik stansiyasındakı partlayışı, həmçinin “Fukisima”da baş verənləri təhlil edən alimlər mümkün faciə zamanı atmosferə qarışacaq radionuklidlərin həcmini hesablamağa çalışıblar.

Hazırkı məlumatlara görə, planetimizdə 430 atom elektrik stansiyası mövcuddur. Əsrin ortalarına qədər isə bu rəqəmin iki qat artması gözlənilir. Bütün stansiyaların eyni zamanda partlaması nəticəsində planetimiz həyat üçün əlverişsiz vəziyyətə düşəcək ki, bu da insanları qarşıdakı 150 il ərzində özlərinə başqa bir sığınacaq tapmaq məcburiyyətində qoyacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru