Ukraynadan Rusiyaya qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb

9-01-2018, 09:06           
Ukraynadan Rusiyaya qanunsuz keçmək istəyən Azərbaycan vətəndaşı saxlanılıb
Ukraynanın Xarkov sərhəd dəstəsinin əməkdaşları dövlət sərhədinin 200 metrliyində qanunsuz olaraq Rusiya ərazisinə keçmək istəyən dörd nəfərdən ibarət qrupu saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Saxlanılanlardan ikisinin Gürcüstan, birinin isə Azərbaycan vətəndaşı olduğu bildirilir. Onları Ukrayna vətəndaşı müşayiət edib. Qanun pozuntusu qeydə alındıqdan sonra sözügedən şəxslər inzibati-prosessual sənədlərin tərtib olunması üçün sərhəd bölməsinə aparılıb.

Azərbaycan və Gürcüstan vətəndaşları barəsində Ukrayna dövlət sərhədlərinin qanunsuz olaraq keçilməsi və ya keçilməsinə cəhd maddəsi üzrə protokol tərtib olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru