“Amazon”un təsisçisi tarixin ən varlı adamı oldu

10-01-2018, 00:45           
“Amazon”un təsisçisi tarixin ən varlı adamı oldu

“Amazon” şirkətinin təsisçisi Ceff Bezos dünya tarixində ən varlı adam olub.
Muxalifet.az xəbər verir ki, bu ilin 8 yanvarında C.Bezosun varidatı 105,1 mlrd. dollar məbləğində dəyərləndirilib.
Beləliklə, bu göstəriciyə görə C.Bezos “Microsoft” şirkətinin təsisçisi Bill Geytsi geridə qoyub.
Bu zəngin adamın varidatın böyük hissəsini “Amazon”-un səhmləri təşkil edir. Satış dövründə onun varidatı 100 milyard dollara çatıb.
Qeyd edək ki, dünyanın bütün ən zəngin insanları 2017-ci ildə ümumilikdə 1 trilyon dollar məbləğində varlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru