Suriyanın paytaxtı Dəməşq şəhərinin raketlə atəşə tutulması nəticəsində 5 nəfər ölüb. Muxalifet.az xəbər verir ki, hücum nəticəsində 30-dan çox yerli sakinin yaralandığı bildirilir. Hücumun kimlər tərəfindən həyata keçirildiyi bəlli deyil. Qeyd edək ki, bundan əvvəl Dəməşqin tarixi mərkəzi sayılan Bab-Tuma məhəlləsinin minaatanlardan atəşə tutulması nəticəsində 2 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilmişdi.