Tramp immiqrasiya qanunvericiliyində geniş islahatlara hazır olduğunu bəyan edib

10-01-2018, 08:53           
Tramp immiqrasiya qanunvericiliyində geniş islahatlara hazır olduğunu bəyan edib
ABŞ prezidenti Donald Tramp immiqrasiya qanunvericiliyində geniş islahatlar həyata keçirməyə hazır olduğunu və bu işdə müxalifətin ona dəstək verəcəyinə ümid etdiyini bəyan edib.



APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə D.Tramp senatorlarla keçirdiyi müşavirədə bildirib.



Prezidentin sözlərinə görə, o 3 prioritet məqsədə nail olmağa çalışacaq: sərhədlərin təhlükəsizliyini təmin etmək, “zəncirvari miqrasiya”ya (ABŞ-da yaşayan əcnəbilərin uzaq qohumlarının ölkəyə gələ bilməsi) son qoymaq, hər il ABŞ-a 55 min immiqrantın gəlişini təmin edən viza lotereyasını ləğv etmək.



“Bu tədbirlər şəhərlərimizi daha təhlükəsiz edəcək, onlar daha inkişaf etmiş olacaq. Bu islahatları immiqrantların əksər hissəsi dəstəkləyir. Mən burada toplaşanların hamısını birinci yerə partiyanı deyil, ölkəmizi qoymağa, danışıqlar masasına əyləşərək kompromisə nail olmağa çağırıram”, - deyə D.Tramp qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru