ÇİNİN ƏN VARLI QADINI 4 GÜNƏ 2 MİLYARD DOLLAR QAZANIB

11-01-2018, 00:49           

“Bloomberg”in hesablamalarına görə, “Country Garden Holdings” şirkətinin səhmlərinin nəzarət paketinə sahib olan çinli Yan Xueyyan 2018-ci ilin əvvəlində dünyanın ən varlı qadını adını qazanıb. Onu sərvəti 2,06 milyard dollar artıb.

“Bloomberg”ə görə, 2018-ci ilin ilk 4 iş günündə Yan Xueyyan birja satınalmaları üzərində sərvətini 23,6 milyard dollardan, 25,6 milyard dollara qədər artırıb. “Bloomberg”in ən varlılar siyahısında (Bloomberg Billionaires Index) Xueyyan 31-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, göstəricilərinə görə siyahının lideri “Amazon.com”-un təsisçici Ceff Bezos olub. O, 2018-ci ilin ilk günlərində sərvətini 4,71 milyard dollar artırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru