Kaliforniyada daşqınlar zamanı ölənlərin sayı 17 nəfərə çatıb 11-01-2018, 08:51 ABŞ-ın Kaliforniya ştatının cənub hissəsində leysan yağışları nəticəsində yaranan sürüşmə və daşqınlar zamanı ən azı 17 nəfər ölüb."Report" xəbər verir ki, bu barədə Santa-Barbara dairəsinin şerifi Bill Brauna istinadən NBC məlumat yayıb.Bundan əvvəl təbii fəlakət nəticəsində ölənlərin sayının 13 nəfər olduğu xəbər verilmişdi."Associated Press"in məlumatına görə, təbii fəlakət nəticəsində 24 nəfər itkin düşüb. Facebook-da paylaş