ASALA terrorçusu Sarkisyanı təhdid etdi: "Əgər ağıllarını başlarına toplamazlarsa..."

12-01-2018, 00:38           

"Aclıq aksiyası keçirən "Sasna Tsrer" qruplaşmasının 2 üzvünün səhhəti hər saat daha da ağırlaşır. Onlar şıltaqlıqdan aclıq aksiyası keçirmirlər, onların tələbləri yerinə yetirilməlidir".

Ordu.az xəbər verir ki, bu barədə erməni mətbuatına “Erməni dövləti naminə” cəbhənin üzvü, ASALA terror təşkilatının sabiq üzvü Alek Yeniqomşyan məlumat verib.

"Biz ümid edirik ki, ağıllarını başlarına toplayıb, özündə heç bir problemi əks etdirməyən, sadəcə bütün məsələnin "Nubaraşen" cəzaçəkmə müəssisəsindən "Armavir" cəzaçəkmə müəssisəsinə köçürməklə, orada ayrı qəfəsdə saxlanması tələbindən ibarət olan məsələnin müsbət həllini uzadmayacaqlar.

Ümid edirik ağıllanıb buna qərar verərlər, əlavə gərginliklərə ehtiyac qalmaz. Ancaq dediyim kimi, günbəgün yox, hər saat səhhətləri pisləşir, təbii ki, biz əllərimizi sallayaraq durmayacağıq. Əgər ağıllarını başlarına toplamazlarsa, biz müvafiq addımlara əl atacağıq və onlar tərəfindən də istənilən cavab addımlarına da hazırıq", - deyə Yeniqomşyan Sarkisyan rejimini təhdid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru