Tramp Kim Çen Inla münasibətlərinin çox yaxşı olduğunu bildirib

12-01-2018, 09:01           
Tramp Kim Çen Inla münasibətlərinin çox yaxşı olduğunu bildirib
ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla çox yaxşı münasibətlərinin olduğunu bildirib. APA-nın xəbərinə görə, D.Tramp bu barədə “The Wall Street Journal” nəşrinə müsahibəsində bildirib.



“Güman edirəm, mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var ... Mən insanlarla münasibət qurmağı bacarıram. Düşünürəm, siz buna çox təəccübləndiniz”, - deyə Tramp qeyd edib.



Bununla belə, D.Tramp Şimali Koreya lideri ilə həqiqətən danışıqların aparılmasına dair suala cavab verməkdən imtina edib.



“Mən bunu şərh etmək istəmirəm. Mən demirəm ki, olub, ya olmayıb. Mən sadəcə bunu şərh etmək istəmirəm”, - deyə Tramp əlavə edib.



Qeyd edək ki, D.Tramp bir neçə gün əvvəl K.Ç.Inla telefon danışığı aparmağa hazır olduğunu bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru