Ən çox silah alan və satan 10 ölkə – SİYAHI
17-08-2015, 20:21
IHS şirkəti beynəlxalq müdafiə sənayesi çərçivəsində ölkələr arasında baş tutan silah ticarətinə dair hesabat hazırlayıb.
Avropa.info xəbər verir ki, hesabata görə dünyada miqyasında müdafiə sənayesinə ayrılan büdcə 2010-cu ildə 40 milyard dolar idisə, bu rəqəm 2014-cü ildə 64 milyard dollara çatıb.
Silah satan ölkələrin ən böyük bazarı Yaxın Şərqdir. Yaxın Şərqdə önümüzdəki 10 il içində 110 milyard dollarlıq bir silah satışı gözlənilir.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin satın aldığı silahlar üçün xərclədiyi pul bütün Qərbi Avropa ölkələrinin silah alışına xərclədiyi məbləğdən çoxdur.
Səudiyyə Ərəbistanı, dünyanın ən böyük silah alıcısı olan Hindistanı 2014-cü ildə geridə qoyub. Səudiyyə Ərəbistanda xərclənən hər 7 dolların 1 dolları silah alışına gedir.
Araşdırmanı aparan şirkət Səudiyyə Ərəbistanının silah üçün xərclədiyi məbləğindəki artımın dramatik ölçüdə yüksək olduğunu və yaxın zamanda bir eniş gözləndiyini iddia edib.
İngiltərənin silah satışındakı ən böyük müştəriləri Səudiyyə Ərəbistanı, İndoneziya, İsveç və Nigeriyadır.
Türkiyə 2013-cü ildə silah satın alan ölkələr siyahısında ilk 10da deyildi. 2014-cü ildə isə bu siyahıya 9-cu sırada qərarlaşıb. Türkiyə silah satan ölkələr siyahısında isə ilk 10-luqda yer almayıb.
Ən çox silah alan və satan 10 ölkə
2014-cü ildə ən çox silah satın alan ölkələr:
10. Pakistan
9. Türkiyə
8. İndoneziya
7. Cənubi Koreya
6. Avstraliya: 2 milyard dollar
5. Tayvan: 2.2 milyard dollar
4. Birləşmiş Ərəb Əmirlikləri: 2.2 milyard dollar
3. Çin: 2,6 milyard dollar
2. Hindistan: 5,6 milyard dollar
1. Səudiyyə Ərəbistanı: 6,5 milyard dollar
2014-cü ildə ən çox silah satan ölkələr
10. Kanada
9. İspaniya
8. Çin
7. İsrail
6. İtaliya: 2 milyard dollar
5. Almaniya: 3,6 milyard dollar
4. Birləşmiş Krallıq: 4,2 milyard dollar
3. Fransa: 5 milyard dollar
2. Rusiya: 10 milyard dollar
1. ABŞ: 23,7 milyard dollar
2014-cü ildə ən çox silah satan 10 şirkət isə bunlar olub:
1. Boeing
2. Lockheed Martin
3. Raytheon
4. Airbus Group
5. UAC
6. Rus Helicopters
7. United Tech Corp.
8. BAE Systems
9. Thales
10. Finmeccanica