Vəhhabilər 82 yaşlı alimin başını bədənindən ayırdılar - FOTO +18
19-08-2015, 15:43
FaktXeber.com-un “Dampress”ə istinadən verdiyi məlumata görə, Suriyanın Palmira şəhərini ələ keçirən İŞİD terror qruplaşması hər yerdə olduğu kimi burada da vəhşiliklərini təkrarlıyıblar.
Onlar bu dəfə Suriyanın tanınmış arxeoloqu Xali Məhəmməd Əl-Əsədin başını kəsərək şəhər küçələrinin birində bədənini çarmıxa çəkiblər.
Suriya Tarixi Abidlər üzrə Araşdırma Mərkəzinin müdiri Məmun Əbdülkərim baş verən cinayət hadisəsi ilə bağlı deyib: “Təsəvvür edə bilmirəm ki, ölkə tarixində əvəzsiz xidmətləri olan böyük bir alimin başını kəsərək, bədənini Palmiranın mərkəzi küçələrinin birindən asalar. Nə vaxta qədər ki, bu cinayətkarlar o şəhərdədirlər belə bir tarixi şəhərin tamamilə məhv edilməsi ehtimalı böyükdür.”