Dünyanın ən uzun balığı hansıdır?

9-06-2025, 15:18           
Dünyanın ən uzun balığı hansıdır?
Dünyanın ən uzun balığı köpəkbalığı növlərindən biridir. Onun ölçüsü bəzi balina növlərinin uzunluğu ilə müqayisə edilə bilər. Amma bu balıq digər köpəkbalıqları ilə müqayisədə olduqca zərərsizdir.

Bu barədə "IFLScience" yazır.

Məlumata görə, planetimizin okeanları çox sayda fərqli balıqlara ev sahibliyi edir. Ümumilikdə 33.000-dən çox balıq növü məlumdur ki, onlardan da ən uzunu balina köpəkbalığıdır.

Dünyanın ən böyük balığının orta uzunluğu 12 metrdir. Ancaq indiyədək məlum olan ən böyük balina köpəkbalığı 18,8 metr uzunluğa malik olub.

Dünyanın ən böyük heyvanı olan mavi balina kimi, balina köpəkbalığı da karal və planktonla qidalanır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru