Bakıda viza satışını kimlər həyata keçirir?

Bu gün, 10:44           
Bakıda viza satışını kimlər həyata keçirir?
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Professoru Aidə Qasımova Azərbaycanın viza mərkəzlərindəki vacib problemlərdən birindən narahatlıqla yazıb.

Professorun özünün sosial media platformasındakı həmin status- şərhini təqdim edir: “…Viza mərkəzlərində niyə görüş vaxtı almaq olmur? İndi viza ərizəsini, lazımi sənədləri hazırlamaq deyil, sadəcə, Visametric, VFS Global kimi viza mərkəzlərində görüş almaq böyük problem olub. Bu təkcə mənim deyil, yüzlərlə insanın yaşadığı problemdir. Keçən il məhz görüş ala bilmədiyimdən Berlin Azad Universitetindən (The Free University of Berlin) dəvət aldığım konfransa qatıla bilmədim. Yazırdım səfirliyə, cavab gəlirdi ki, Visametric-ə müraciət et. Visametric-ə yazırdım, deyirdi “saytı izlə”. Bu sayt izləmə o deməkdir ki, işini-gücünü at və 24 saat ekranın qarşısında otur ki, bəlkə bir cədvəl peyda ola, sən də görüş vaxtı ala biləsən. Eyni vəziyyət həm də VFS Globaldadır. Cədvəl əvəzində bu cür bir yazı çıxır: “We are sorry but no appointment slots are currently available. New slots open at regular intervals, please try again later”. Tərcüməsi: “Üzr istəyirik, hazırda görüş vaxtları mövcud deyil. Yeni vaxtlar mütəmadi olaraq açılır, zəhmət olmasa bir qədər sonra yenidən cəhd edin”.

Doğrudanmı görüş saatları satılır? Doğrudanmı müəyyən adamlar bu görüş saatlarını qabaqcadan tutub sonra satmaqla məşğuldur? Onlar bu işi təkbaşına edirlər, yoxsa viza mərkəzlərində ortaqlarımı var? Bu suallar boş yerə yaranmır. Səfirliklər, Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlar bu məsələni ciddi şəkildə araşdırmalı və şəffaf mexanizm yaratmalıdır. Elmi tədbirlər, təhsil proqramları və digər vacib beynəlxalq fəaliyyətlər, eləcə də insanların istirahəti bu cür süni əngəllərə görə ziyan görməməlidir”.

Bəli, dəfələrlədir belə bir problemin yaşandığının şahidiyik. İnanırıq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin aidiyyəti qurum rəhbərləri bu problemin araşdırılaraq aradan qaldırılmasına nail olacaqkar.Tezadlar.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.