İsrail kəşfiyyatı Əsəd ailəsinin biznesini necə qoruyur - İsrail-Əsəd işbirliyi sənədlərlə ortaya çıxdı
19-08-2015, 16:07
Əsəd ailəsinin İsraillə illərdir davam edən əməkdaşlığı üzə çıxıb.
Avropa.info xarici KİV-ə istinadən xəbər verir ki, Əsədin dayısı Məhəmməd Makluf və oğullarının, israilli milyonçu iş adamı Fredy Zingerla birgə bank hesablarının ortaya çıxması ölkəni qarışdırıb.
İsrail ilə Suriya 1948-ci ildən etibarən müharibə vəziyyətindədir. Amma bu müharibə vəziyyəti yalnız kağız üzərindədir, iki ölkə daha doğrusu, İsrail ilə Dəməşq rejimi arasında dərin bir bağ var.
Bu dəfə isə əməkdaşlığın sənədi ortaya çıxdı. Əsəd rejiminin İsrail ilə illərdir davam edən əməkdaşlığının sənədləri "Əl Araby Əl Cədid" qəzetində dərc olunub.
Əsəd ailəsi 80-ci illərdən etibarən ölkə iqtisadiyyatının yüzdə 60-dan çoxunu təkbaşına nəzarət altında saxlayır.
Ailənin yarısı dövlət idarəçiliyindədir, digər yarısı isə biznes sektorunun başındadır.
Bəşər Əsədin dayısı Məhəmməd Makluf və dörd oğlunun Suriyada 50 şirkəti var.
Telefon şirkəti "Syriatel"den tutmuş, ailəyə aid "Şam" Holdinqin tərkibində tikinti, turizm, bank sektorlarında biznesləri var.
Makluf ailəsi 2008-ci ildən etibarən AB-nin qara siyahısındadır. Bu səbəblə ailənin Avropadakı hesabları dondurulmalı idi, amma bunun qarşısı hər zaman alınıb.
Əsəd ailəsinin Avropadakı pullarının qorunmasında ingilis və İsrail kəşfiyyatının xüsusi xidmətlərinin olduğu bildirilir. Əsədlərin ingilis banklarında xüsusi hesablar var və bu hesabların israilli məşhur bir iş adamı ilə birgə istifadə edildiyi ortaya çıxıb. Həmin şəxs 1954-cü il təvəllüdlü Fredy Zingerdir.
"Əl Araby Əl Cədid" qəzeti ingilis banklarından bu əlaqələri sübut edən sənəd əldə edib. Həmin sənədi təqdim edirik: