300 ton qızıl daşıyan qatar tapıldı

20-08-2015, 12:53           
300 ton qızıl daşıyan qatar tapıldı
İkinci Dünya Müharibəsi illərində alman nasistlərinə məxsus olan, Polşada yoxa çıxan zirehli qatar tapılıb.

Qatarın yükü qızıl, daş-qaş və silah idi. Milli.Az European-a istinadən bildirir ki, qatar 1945-ci ildə, sovet qoşunları amansız döyüşlərlə Polşanın paytaxtı Varşavaya yaxınlaşanda Vroslav şəhərinin yaxınlığında, Ksiaz qalasının ətrafında yoxa çıxmışdı.
Polşanın cənub-qərbindəki hüquq şirkətlərindən birinin bəyanatına görə, iki şəxs onlara müraciət edərək qatarı tapdıqlarını deyib.
Onlar qatardakı yükün 10 faizini istəyirər.

Zirehli qatarın hazırda Ksenj qalasından 3 kilometr aralıdakı Valbjix qəsəbəsində olduğu deyilir. Valbjix şəhər meriyasının yetkilisi Marika Tokarskanın dediyinə görə, hazırda hərbçilər, polislər, vəkillər bu işlə məşğuldurlar. Yerli sakinlərin dediklərinə görə, alman nasistləri 1945-ci ilin mayında o vaxtkı Breslau, indiki Vroslav şəhərini tərk etməzdən əvvəl qızıl və daş-qaşı zirehli qatara yukləmişdilər. Qatar Ksenj qalasının yaxınlığındakı tunelə girib, daha sonra onu görən olmayıb. Walbrzych24.com-un yaydığı xəbərə görə, qatarı tapdıqlarını deyən iki şəxsdən biri Almaniya, digəri Polşa vətəndaşıdır. Wiadomosci Walbrzyskie saytı zirehli qatarın uzunluğunun 150 metr olduğunu iddia edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.