İrəvanı qan gölünə çevirəcəyik - "Ayağa qalx, Ermənistan" hərəkatı
20-08-2015, 13:41
"Ayağa qalx, Ermənistan" təşəbbüs qrupu müxalifətdə olan partiyalara müraciət edərək, onları hakimiyyətin dəyişdirilməsi yolunda birgə mübarizəyə çağırıb.
ANS PRESS-in məlumatına görə, müraciətdə deyilir: "Əgər siz hesab edirsinizsə ki, hakimiyyət dəyişməsi üçün vaxt yetişdi, o zaman biz avqustun 21-də bütün respublika ərazisində kütləvi aksiyalara, mitinq keçirməyə başlamağa və hökumətin istefasını tələb etməyə hazırıq. Neçə ki, ictimai rezonans dalğası bütün ölkə ərazisinə yayılmayıb biz meydanlarda sonadək qalacağıq. Lazım gəlsə, İrəvanı qan gölünə çevirəcəyik."
Müxalifət partiyalarına çağırışda əminlik ifadə olunur ki, ölkəni siyasi uçurumdan, iqtisadi böhrandan çıxarmağın yeganə yolu saxta yollarla deyil, əhaliyə divan tutan, insanlara qarşı güc tətbiq edən yox, məhz xalqın etibarını qazanan, insanların Konstitusiyada təsbit edilmiş hüquqlarını qoruyan, demokratik dəyərlərə üstünlük verən hökumətin hakimiyyətə gəlişidir.
Müxalifət partiyaları "Ayağa qalx, Ermənistan" təşəbbüs qrupunun müraciətini hələlik cavabsız qoyması, ölkə mətbuatında birmənalı qarşılanmayıb. Erməni Milli Konqresindən olan deputat Lyudmila Sarkisyan bu müraciətə şübhəli yanaşıb və bildirib ki, hədəflər və perspektivlər dumanlı olduğu üçün partiyalar bu çağırışa qoşulacaqları inandırıcı deyil.
İrəvanı qan gölünə çevirəcəyik -
Xüsusi vurğulamaq lazımdır ki, müraciətin mətni kifayət qədər aydındır, orada qazanılacaq nailiyyətə gedən yolun hədəf sxemi kifayət qədər real şəkildə göstərilib. Müxalifət partiyaları tamamilə başqa səbəblərdən bu təşəbbüsə qoşulmur. Məsələ ondadır ki, erməni partiyaları, möcvud müxalifət çoxdan hakim siyasi-iqtisadi sistemin siyasi köləsinə çevrilib. Bunun hesabına partiyalar "xidmətlərinə" görə kvotalar və parlamentdə mandat alır. İndi ölkə müxalifətinin funksiyaları daha çox etiraz dalğalarının söndürülməsinə, xalqın narazılığının yatızdırılmasına, əhalinin səsinin kəsilməsinə yönəlib. Əsaslandırılmış fikir belədir ki, indi hər şey gün işığı kimi aydındır, Ermənistanın problemi hakimiyyət deyil, müxalifətdir.
Tədqiqatçılar deyirlər ki, Ermənistanda yalnız hakimiyyət yox, həm də müxalifət korlanıb. Bu xüsusilə Serj Sarkisyanın idarəçiliyi illərində parlaq şəkildə göründü. Müxalifət cürbəcür karikatura metodları ilə preferensiya əvəzinə, daxili siyasət mübarizəsinin oxşatmasını, təqlidini edir. Gələcəkdə hakimiyyətin formalaşmasının yeni prosesində partiyalar öz kvotalarının saxlanılmasına çalışır. Bu isə mübarizənin ənənəvi təqlid metodudu olacaq.
İrəvanı qan gölünə çevirəcəyik -
"Ayağa qalx, Ermənistan" Hərəkatının koordinatorlarından olan, Rusiyaya qarşı tutduğu mövqeyi ilə tanınan və 2013-cü ildə keçirilən prezident seçkilərində Serj Sarkisyanın rəqibi olan Andrias Qukasyan deyib ki, onların fəaliyyəti hakimiyyət tərəfindən ciddi narahatlıqla qarşılanır.
"Ayağa qalx, Ermənistan" hərəkatı faktiki olaraq, hakimiyyətdən narazı qüvvələri sistem dəyişiklikliyinə səsləyir. Çağırışda partiyaların qeyri-qanuni və konstitusiya zidd olaraq ləğv edilməsi tələbi var. Erməni partiyalarına sistem dəyişiklikləri lazım deyil, çünki, onda siyasi təşkilatların ləğvi gündəmə gələcək. Məhz indiki hakimiyyət qanunsuz fəaliyyət göstərən partiyaları "qanuniləşdirdi", deməli, heç nəyə məhəl qoymayaraq Konstitusiyaya qarşı çıxdı.
Ona görə, onlar çağırışa qoşulmayacaqlar və etiraz aksiyasına ancaq təşəbbüs qrupunun üzvləri qoşulacaqlar. Bu konkret və məsuliyyətli addımdır, ancaq partiyalara zərərlidir. Çünki onlar "səmada durna" deyil, yerdə "arıquşu"durlar.
İrəvanı qan gölünə çevirəcəyik -
Diqqətə çatdıraq ki, bu il iyunun 19-dan başlayaraq ölkədə elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilib. İyunun 23-də Baqramyan prospektində kütləvi etiraz aksiyasını dağıtmaq üçün, Prezident Administrasiyasına doğru istiqamət alan nümayişçilərə qarşı polis güc tətbiq edib və nəticədə 25 insan zərər çəkib, 250-dən çox insan saxlanılıb, işgəncələrə məruz qalıb. Onlar elektrik enerjisinə tarifin artımı haqqında iyunun 17-dən Tarif Komissiyanın qərarının ləğv olunmasını tələb edirlər. Qərara əsasən avqustun 1-dən qiymətlər 6,93 dram, yəni (16,7%) bahalaşıb.
Bir sözlə, İrəvanda hava şəraiti buludlaşdığı kimi, siyasi av-havada dumanlaşır. Bir tərəfdə, xalq və Qərb dairələri Serj Sarkisyan hakimiyyətin devrilməsində maraqlıdır. Digər tərəfdə isə iqtisadi çətinliklər yaşayan Rusiya İrəvandakı qərbpərəst qüvvələrin sıradan çıxarılmasına çalışır. Belə olan halda görünən odur ki, Qərb-Rusiya qan çanağı İrəvanın başında sınacaq.