Kissingerdən Obamaya Ukrayna xəbərdarlığı: - "Tarixdən dərs götür"
20-08-2015, 15:48
ABŞ-ın sabiq xarici işlər naziri Henri Kissinger Ukrayna böhranı ilə bağlı çıxış edib.
Kissinger Vaşinqton rəhbərliyinə tarixi faktlarla məsləhət verib. Belə ki, o, rəhbərliyə “sonunu görmədiyiniz böhrana müdaxilə etməyin. Tarixdən dərs götürün” deyib.
“The National Interest”ə danışan Kissinger Ukrayna böhranının faciəyə çevrildiyini deyib. Siyasətçi dünyanın nizam-intizamının uzunmüddətli maraqları ilə Ukraynanın öz şəxsiyyətini canlandırmağa çalışdığını iddia edib.
Kissinger ABŞ-ın Ukraynaya müdaxilə etməsindən daha önəmli olan məsələnin qarşıdurmanı dünya nizamını qurmağa kömək edəcək şəkildə həll etmək olduğunu deyib. Atvxeber