Sülhməramlılardan BMT-yə şikayət: “…zorlama ilə məşğuldurlar”
21-08-2015, 11:23
BMT sülhməramlıları Mərkəzi Afrika Respublikasında (MAR) 13 zorlama hadisəsində şübhəli bilinir. Strateq.az xrici KİV-ə istinadən bildirir ki, bu hadisələrin 9-da uşaqlar zərər çəkib. Hüquq müdafiəçisi Diana Korner bildirib ki, “2014-cü ilin 15 sentyabrından bəri ümumilikdə 13 seksual zorakılıq faktı sənədləşdirilib”. Onun sözlərinə görə, zərər çəkən qızlardan birinin 11 yaşı olub. Xatırladaq ki, Amnesty International əvvəllər ölkədəki sülhməramlıların 12 yaşlı qızı zorlamağı və 16 yaşlı oğlanla atasını öldürməyi haqda məlumat yaymışdı. Vaxtilə məlumat verilmişdi ki, BMT sülhməramlıların uşaqları zorlaması itthamını ciddi şəkildə araşdırır.