Ermənistanda daha bir cinayət - Qubernatoru güllələdilər
21-08-2015, 12:57
Hafta.az-ın aravot.am-a istinadən verdiyi xəbərə, Ermənistanda növbəti hay-küylü cinayət hadisəsi baş verib.
Bu dəfə Syunik qubernatoru Surik Xaçatryan quberniya binasının həyətində naməlum şəxslər tərəfindən atəşə tutulub. Qaynağın xəbərinə görə hadisə dünən yerli vaxtla 16:30 – da baş verib.
Atışma nəticəsində Syunik qubernatorunun bir cangüdəni ölüb, qubernator isə ayağından və qolundan üç güllə yarası alıb.
Dərhal qubernator xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin kim tərəfindən törədildiyi araşdırılır.