Serj Sarkisyan Nikolay Bordyuja ilə görüşüb

21-08-2015, 23:53           

Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda işgüzar səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja ilə görüşüb. Görüşdə Ermənistanın qarşıdan gələn KTMT-yə sədrlik məsələsini müzakirə edilib.

APA-nın armenianreport-a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb. Görüş zamanı N. Bordyuja Ermənistan prezidentinə KTMT Təhlükəsizlik Şurasının payızda Düşənbədə keçiriləcək sessiyası ilə bağlı məlumat verib.

Həmçinin, görüşdə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası, Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurasının 14-15 sentyabrda Düşənbədə keçiriləcək sessiyalarına hazırlıqla bağlı məsələlər müzakirə edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.