ŞOK!! Cin birjası çökdü

24-08-2015, 22:06           
ŞOK!! Cin birjası çökdü
Yeni həftənin ilk seansına 4% enişlə başlayan Çin birjası gün ərzində aramsız satışlar səbəbindən 9% itki verib.

Bununla da Çin birjasının beş günlük itkisi 24%-ə çatıb.

Şanxay indeksi gün ərzində 8,49% enişlə 3,209,91 bala düşüb. İyul ayında 8,48% düşən indeks 2000-ci illərdəki ən yüksək dəyər itkisini 27 fevral 2007-ci il tarixində 8,84%-lik enişlə başa vurmuşdu. İndeks tarixindəki ən ağır itki isə 9,91% ilə 1996-ci ildə reallaşıb.

Bu gün əməliyyat aparan 1099 şirkətdən yalnız 23-ü günü artımla başa vurub. Geridə qalanların hamısı gündəlik texniki limit olaraq təyin olunan 10% səviyyəsində dəyər itirib.

Çin bazarında yaşanan çöküşün təsirilə Yaponiyada Nikkei 225 4,61% enişlə 18540,65 balda bağlanıb.

İqtisadçılar səhm bazarlarındakı çöküşü Çin iqtisadiyyatındakı azalma ilə əlaqələndirərək bunun sərt enişə yol aça biləcəyini bildirirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.