Etiketdə və kassada fərqli qiymətlər: Mağaza sahiblərinin hiylələri ifşa olundu VİDEO

Bu gün, 16:44           
Etiketdə və kassada fərqli qiymətlər:
Alış-veriş zamanı məhsulun etiketində göstərilən qiymətlə kassada tələb olunan məbləğ arasında fərq olub.

Bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş bildirib.

Məsələyə aydınlıq gətirmək üçün çəkiliş qrupu həmin geyim mağazasına yollanıb. Mağaza sahibi qiymət fərqini belə izah edib:

"Endirimli qiymət etiketləri əvvəlcədən vurulub. Daha sonra isə qiymət artımı baş verib. Qiymət yenicə dəyişdiyinə görə bu, hələ etiketlərdə əksini tapmayıb".

Qeyd edək ki, istehlakçılar malların üzərində göstərilən qiymətdən fərqli qiymətə satılması halları ilə rastlaşdıqda elektron poçt və ya rəsmi internet səhifəsi vasitəsilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və ya "195" qaynar xəttinə müraciət edə bilərlər.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.