Azərbaycan necə güclü ordu qura bildi? VİDEO

25-06-2025, 16:38           
Azərbaycan necə güclü ordu qura bildi? VİDEO
1990-cı illərin əvvəllərində Azərbaycan çətin bir dövr yaşayırdı. Dövlətçiliyin əsasları yenicə qoyulurdu, peşəkar ordusuz bir ölkə düşmən qarşısında aciz idi. Məhz belə bir zamanda, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev, ölkənin təhlükəsizliyini təmin etmək üçün güclü və peşəkar milli ordu quruculuğunu prioritet elan etdi.

Xezerxeber.az-ın xəbərinə görə, hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Azərbaycan ordusunun keçdiyi şərəfli və çətin yolun təməlində Heydər Əliyevin müdrik siyasəti dayanır.

1994-cü ildə atəşkəsin əldə edilməsi və ordu quruculuğuna sistemli şəraitin yaradılması eyni zamanda 1997-ci ildə Hərbi Doktrinanın hazırlanması üzrə işlərin başlanması,Türkiyə və digər NATO üzvü ölkələrlə hərbi əməkdaşlıq müqavilələrinin imzalanması, xüsusilə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılması Azərbaycanın gələcək hərbi uğurları üçün zəmin yaratdı.

TEREF mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru