Şahzadə toyuna göndərilən 7 milyonluq hədiyyəni geri qaytardı

3-06-2018, 10:59           
Şahzadə toyuna göndərilən 7 milyonluq hədiyyəni geri qaytardı
Şahzadə Harri ilə Meqan Markl toya gətirilən hədiyyələri geri qaytarır.
Publika.az xəbər verir ki, geri qaytarılacaq hədiyyələr 7 milyon sterlinq dəyərindədir.
Cütlüyü təbrik etmək üçün bir çox şirkət və markalar saraya bahalı hədiyyələr göndərib. Ancaq krallıq ailəsinin qəti qaydalarına görə, cütlük şirkətlərin məhsullarını və reklam məqsədilə göndərilən hədiyyələri geri qaytarmalıdır. Saray qaydalarına görə, göndərilən hədiyyələr arasında saxlanılan və geri qaytarılmalı olanlarla bağlı təlimatlar dəqiqdir. Qaydalar pozulsa, hədiyyələr göndərənə geri qaytarılır.
Harri və Markl onlara hədiyyə vermək istəyənlərə bunu xeyriyyə cəmiyyətlərinə verilməsini məsləhət görmüşdülər.
Qeyd edək ki, Şahzadə Uilyam və Keyt Midletonun üçüncü uşağının doğumu səbəbi ilə göndərilən və cütlüyün geri qaytardığı hədiyyələrin dəyəri 30 milyon sterlinq dəyərində olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru