Yapon ixtiraçısı 10 yaşlı oğlanın üzüylə robot-android yaratdı - VİDEO

7-08-2018, 07:42           
Yapon ixtiraçısı 10 yaşlı oğlanın üzüylə robot-android yaratdı - VİDEO
Məşhur yapon robototexnik Xirosi İsiquro “İbuki” robot-androidi yaradıb.

Publika.az xəbər verir ki, “İbuki” insanlarla ünsiyyət üçün nəzərdə tutulub və hələ tamamlanma mərhələsindədir.

Amma artıq indi bəzi imkanlarını nümayiş etdirə bilir. “İbuki” 10 yaşlı oğlanı təmsil edir və dörd təkərdə hərəkət edir. Onun hündürlüyü 120 santimetr, çəkisi 37 kiloqramdır.

“Hər kəs robot ola bilər. Məsələn pop-ulduz. Gözəl robot-androidlər heç vaxt yorulmurlar və dayanmadan hitləri icra edə bilər. Qocalmayan androidlər bizə həmişə gənc qalmağa kömək edəcəklər”, - İsiquro bildirib.

“İbuki”nin hərəkətləri insanları xatırladır, amma yüngül yırğalamaya görə bu effekt bir az itir. Androidin belində xüsusi oynaqlar nəzərdə tutulub. Bədənə toplam olaraq 47 mühərrik tikilib. Mühərriklər ona gülümsəməyə, hərəkət etməyə, barmaqlarını tərpətməyə və göz qırpmağa imkan verir.

İsiquro robot-androidin yaradılması və yoxlanması prosesini dərc edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru