Kolumbiya prezidenti siyasətdən getdi

7-08-2018, 08:58           
Kolumbiya prezidenti siyasətdən getdi
Kolumbiya prezidenti Xuan Manuel Santos böyük siyasəti tərk edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda prezidentin özü xalqa vida müraciətində bildirib.

“Mən siyasətdən gedirəm, amma sülh üçün başqa sahələrdə işləməyə davam edəcəyəm. Mən düşmənçilik olmadan gedirəm. Allaha şükür ki, ürəyimdə nə nifrət, nə də inciklik var”, - Santos deyib.

Qeyd edək ki, çərşənbə axşamı prezident postunu rəsmən seçkilərdə qalib gəlmiş İvan Duk tutacaq. Santos Kolumbiyaya iki müddət ardıcıl - 8 il başçılıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru