Zəmanəmizin dühası məhkəməyə verildi

13-08-2018, 06:54           
Zəmanəmizin dühası məhkəməyə verildi
Publik şirkət olan "Tesla"nın səhmlərinin bir ədədi 420 dollar olacaq
İlon Maskın "Tesla" şirkətinin səhmlərinin almağın mümkün olacağına dair bəyanatından sonra səhmdarlar onu məhkəməyə verib. Sputnik Azərbaycan "Vesti.ru"-ya istinadən xəbər verir ki, səhmdarların fikrincə, səhmlərin satışı qiymətli kağızlar və investorların hüquqlarının pozulması haqqında qanunu pozur.

Qeyd edək ki, daha əvvəl İlon Mask öz "Twitter" səhifəsində bəyan edib ki, Publik şirkət olan "Tesla"nın səhmlərinin bir ədədi 420 dollar olacaq. Bununla əlaqədar şirkətin səhmləri 11% artıb.

Lakin əgər Mask "Tesla"nı şəxsi şirkətə çevirmək məqsədilə aksiyaları almaq üçün kifayət qədər vəsaitin olmasını sübut edə bilməsə onun bu bəyanatı qiymətli kağızlar üzrə manipulyasiya kimi qiymətləndiriləcək. Artıq məsələ ilə bağlı ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyası araşdırmalara başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru