Batumi çimərliklərində yayılmış bağırsaq infeksiyalarının Azərbaycan üçün təhlükəsi varmı?

13-08-2018, 19:28           
Batumi çimərliklərində yayılmış bağırsaq infeksiyalarının Azərbaycan üçün təhlükəsi varmı?
Son günlər Gürcüstanın Batumi şəhərində - Qara dənizin sahilindəki çimərliklərə gedən insanlar arasında bağırsaq infeksiyaları - rotavirus və astrovirusa yoluxma hallarının olması barədə məlumatlar yayılır.

Azadinform trend-ə istinadən xəbər verir ki, verilən məlumatlara görə, son günlərdə bu şikayətlə Gürcüstan xəstəxanalarına müraciət edənlərin sayı xeyli çoxalıb. Azərbaycanlıların da yay aylarında daha çox səfər etdiyi Batumidə yayılan virusun ölkəmizə təhlükəsi ilə bağlı Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib ki, Azərbaycanda bir neçə il əvvəl astrovirusa yoluxma aşkarlansa da, hazırda ölkədə bu virusla xəstələnmə halları yoxdur.

A.Əliyevanın sözlərinə görə, ümumilikdə ölkədə bağırsaq infeksiyalarına yoluxma halları azalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru