Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"

13-08-2018, 20:41           
Merkeldən Türkiyəyə dəstək:"İqtisadi sabitliyin pozulması Avropanın xeyrinə deyil, Ərdoğanla görüşəcəyəm"
“Türkiyədə iqtisadi rifah hamımızın xeyrinədir, orada iqtisadi sabitliyin pozulması Avropanın xeyrinə olmayacaq”.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel deyib.

Merkel bildirib ki, Türkiyədəki vəziyyəti diqqətlə izləyirlər: “Yaxın müddətdə Ərdoğanla bu vəziyyəti müzakirə etmək üçün fürsətimiz olacaq”.

Qeyd edək ki, türk lirəsi son bir neçə gün ərzində ABŞ dolları qarşısında kəskin dəyər itirib. Hazırda birjalarda 1 lirənin dəyəri 7.2 dollardır/Strateq.az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru