Avropanın ən böyük məsçidlərindən biri yandı

27-09-2015, 20:20           

Avropanın ən böyük məscidlərindən birində yanğın baş verib.

Londonun cənubundakı Beytül Fütuh məscidinin birinci və ikinci mərtəbəsi tamamilə yanıb.

Russia Today bildirir ki, yanğına 70 xilasetmə qüvvələri cəlb olunub.

Polis yanğının səbəbini açıqlamayıb.

Tüstüdən təsirlənən orta yaşlı bir şəxsin xəstəxanaya aparıldığı qeyd olunub.

Xatırladaq ki, 83.5 milyon dollara inşa edilən və 2003-cü ildə tamamlanan “Beytül Fütuh” qərbi Avropanın ən böyük məscidi hesab olunur. (qafqazinfo)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.