Populyar serialın aktyoru 280 kq narkotiklə tutuldu

27-09-2015, 20:41           
Populyar serialın aktyoru 280 kq narkotiklə tutuldu
Məşhur “Briqada” serialının aktyoru, həm də hüquq-mühafizə orqanı əməkdaşı olan Dmitri Qumenskidən narkotik tapılıb.



Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Aktyorun anbarında 280 kiloqram narkotik tapılıb. Araşdırma nəticəsində Qumenskinin transmilli narkoqruplaşmaların əlaqəlndiricisi olduğu ortaya çıxıb.



Onun tutulması üçün xüsusi əməliyyat keçirilib. Polis Qumenskinin təşkil etdiyi topdansatış narkotik anbarını aşkar edib. Anbardan tapılan 280 kiloqram narkotik metallik bükülüdə olub ki, bu da polis əməkdaşlarının və itlərin onları axtarışını çətinləşdirib.



Tapılan narkotikn qiyməti isə təxminən 16 milyon dollar civarındadır.



Daha əvvəl eyni dəstənin bir neçə üzvü də tutulmuşdu.



Qeyd edək ki, Qumenski kriminal istedadına görə, bir neçə bədii filmə çəkilib və “Briqada” serialında mühafizə rəisi rolunu oynayıb. publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.