İran kəşfiyyatı 5 sünni din xadiminə sui-qəsd təşkil etmək istəyən casusları zərərsizləşdirib

29-08-2018, 09:57           
İran kəşfiyyatı 5 sünni din xadiminə sui-qəsd təşkil etmək istəyən casusları zərərsizləşdirib
İran İslam Respublikasının kəşfiyyat naziri Mahmud Ələvi ölkədə müxtəlif cinayətlər planlaşdıran onlarla casusu zərərsizləşdirdiklərini açıqlayıb. Kəşfiyyat xidmətinin casuslara qarşı bölməsinin əməliyyatlarından danışan iranlı nazir zərərsizləşdirilən casusların müxtəlif dövlət qurumlarında işlədiklərini və əsasən ikili vətəndaşlığa sahib olduqlarını açıqlayıb. Nazir ayın əvvəllərindən bəri güclü əməliyyatların aparıldığını və ölkədə məzhəb münaqişəsi yaratmağa çalışan bir qrup casusun zərərsizləşdirildiyini, onların arasında 5 sünni din xadiminə qarşı sui-qəsd təşkil etmək istəyən şəxslərin də olduğunu diqqətə çatdırıb. Mahmud Ələvi metro stansiyalarında və universitetlərdə də təşkil edilmək istənilən bir neçə terror aktının qarşısının alındığını sözlərinə əlavə edib.
Eastnews.org












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru