Ermənistan Kassasiya Məhkəməsinin sabiq sədrinin evinə avtomatlı basqın

29-08-2018, 13:01           
Ermənistan Kassasiya Məhkəməsinin sabiq sədrinin evinə avtomatlı basqın
Ermənistanın Kassasiya Məhkəməsinin sabiq sədri Arman Mkrtumyanın evinə silahlı basqın olub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu jurnalistlərə ölkənin İstintaq Komitəsi rəhbərinin müşaviri Sona Truzyan deyib.

Onun sözlərinə görə, Kotayksk vilayətinin Dzorahbyur kəndində yerləşən evə avtomatla silahlanmış üç nəfər maskalı şəxs hücum edərək atəş açıb. Həmin vaxt A.Mkrtumyanın özü və ailə üzvləri evdə olublar. İnsident nəticəsində xəsarət alanlar var.

Hücum edənlərdən biri zərərsizləşdirilərək tutulub.

Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, A.Mkrtumyan 2008-2018-ci illərdə Ermənistan Kassasiya Məhkəməsinin sədri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru