Prezident SOCAR-a yeni vitse-prezident təyin etdi - SƏRƏNCAM
3-12-2019, 09:53
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub. Azvision.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin edilib.
Qeyd edək ki, yeni təyinatadək D.İskəndərov “Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.