Yeni nazir müavini karantin qaydalarını pozdu – FOTO

27-08-2020, 19:38           
Yeni nazir müavini karantin qaydalarını pozdu – FOTO
Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Ofisinin koordinatoru Teoman Tiryaki ilə görüşüb.

“BakuPost” xəbər verir ki, abidələrin bərpasına yeni yanaşmalar, mədəni irsin mühafizəsi, mədəniyyət və tarixi abidələrinin bərpası və konservasiyası sahəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsinin aparıldığı görüşdə karantin qaydaları pozulub.

Fotodan da aydın görünür ki, həm Anar Kərimov, həm də qonaqlar maska taxmayıblar. Bundan əlavə, sosial məsafə də gözlənilməyib.

Həmin fotonu təqdim edirik:

Mədəniyyət Nazirliyindən “BakuPost”a bildirlib ki, görüş zamanı maskadan istifadə edilib:

“Sadəcə, şəkil çəkiləndə görüşən şəxslərin kimliyi tam görünsün deyə, maska çıxardılıb. Foto çəkiləndən sonra maska taxıb, müzakirəyə davam ediblər”.
Teref.az:Çox maraqlı açıqlamadır!!!!












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru